Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında dərc olunub

Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında dərc olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının şöbə rəisi Araz Aslanlının müəllifi olduğu “28-ci ildönümündə Xocalı soyqırımı və Münxendəki Əliyev-Paşinyan debatı” başlıqlı məqalə Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyinin rəsmi saytında dərc olunub.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında 15 fevral 2020-ci il tarixdə Münxendə baş tutan debat qısa təhlil edilib. Bildirilib ki, debatda Prezident İlham Əliyev istifadə etdiyi üslub, müraciət etdiyi faktlar, tarixi sənədlər və digər məqamlar baxımından Nikol Paşinyandan üstün olub. Bu məqam hətta İlham Əliyevin müxalifləri, erməni tədqiqatçılar və xarici diplomatlar tərəfindən də qəbul edilib.

Məqalədə Ermənistanın işğalçılıq siyasətindən bəhs edilib, Xocalı soyqırımının uzun müddətli planın və hazırlığın nəticəsi olduğu xüsusi vurğulanıb. Müəllif qeyd edib ki, Ermənistanın xarici dövlətlərin hərbi-siyasi dəstəyi ilə Xocalını işğal etməsi və burada soyqırım törətməsi daha sonra Azərbaycan ərazilərinin təxminən 20%-nin işğal edilməsinə gedən yolun başlanğıcını təşkil edib.

Xocalı soyqırımının dünyada tanınması üçün görülən işlərə də toxunan A.Aslanlı qeyd edib ki, ədalətin yerini tutmasında bu cinayətdə iştirak edən hər kəs ağır şəkildə cəzalandırılmalı, eyni zamanda Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz olaraq Ermənistan işğalından azad olunması təmin edilməlidir.

Məqaləni aşağıdakı elektron ünvandan oxumaq mümkündür:

https://www.aa.com.tr/tr/analiz/hocali-soykirimi-ve-munih-teki-aliyev-pasinyan-tartismasi/1745388

İctimaiyyətlə əlaqələr şöbəsi